Bakıda dəniz sahilində meyiti tapılan qız kimdir? – ADI MƏLUM OLDU/FOTO

1 May 2019 11:35 (UTC+04:00)

Bir neçə gün əvvəl Bakı şəhər Xəzər rayonu Mərdəkan qəsəbəsində - dəniz sahilində meyiti tapılan qadının şəxsiyyəti müəyyənləşdirilib.

Publika.az-ın əldə etdiyi məlumata görə, aparılan araşdırmalar zamanı dalğaların çimərlik ərazisində sahilə çıxardığı meyitin Sumqayıt şəhər sakini, 1982-ci il təvəllüdlü Əliyeva Arzu Məmmədrafil qızına məxsus olması dəqiqləşib. Onun intihar etdiyi ehtimal edilir.

A.Əliyevanın haradan, hansı səbəbdən özünü dənizə atması hələlik dəqiqləşməyib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş açılıb, araşdırmalar aparılır.

Nizam