Maduro ordunu dövlət çevrilişinə cəhdlərin qarşısını almağa çağırdı

2 May 2019 18:49 (UTC+04:00)

Venesuela prezidenti Nikolas Maduro ordunu dövlət çevrilişinə yönələn hər cür cəhdlərin qarşısını almağa çağırıb.

O, televiziyaların canlı efirindən hərbçilərə müraciət edib.

“Bəli, döyüşümüzün ən qaynar məqamındayıq. Xainləri, qanuni hakimiyyətə qarşı çıxanları tamamilə zərərsizləşdirmək üçün döyüş ruhumuzu yüksək səviyyədə saxlamalıyıq”, - N.Maduro deyib./report