Bakıda ikimərtəbəli ev yandı

4 May 2019 13:45 (UTC+04:00)

Bakının Xəzər rayonunda ümumi sahəsi 300 kv.m olan ikimərtəbəli ev yanıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, 8 otaqlı evin ikinci mərtəbəsində 3 otağın yanar konstruksiyaları 60 kv.m sahədə və dam örtüyü 150 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.