Lənkəranda 4 otaqlı ev yandı

5 May 2019 08:33 (UTC+04:00)

Lənkəranda yanğın olub.

Publika.az
-a FHN-dən verilən məlumata görə, şəhərin Boladı kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.