Azərbaycanda dəhşətli qəzada ölən idarə sədri barədə ŞOK FAKT - SƏRXOŞ OLUB

5 May 2019 12:44 (UTC+04:00)

Ötən gün Samux rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, rayonun Tatlı kəndinin yaxınlığında “Mercedes” markalı, 22-BJ-696 dövlət qeydiyyat nömrəli avtomobilin aşması nəticəsində vəfat edən Goranboy sakini Sakit Verdiyevin hadisə vaxtı sərxoş vəziyyətdə olması müəyyənləşib.

O da bəlli olub ki, Sakit Verdiyev Goranboy rayonu Baxçakürd kənd bələdiyyəsinin sədri yox, kənd icra nümayəndəliyinin sədri olub. O, kənddən Gəncəyə gedərkən maşının idarəetməsini itirib və nəqliyyat vasitəsi daha əvvəl ağaca çırpılıb, sonra isə yolun kənarındakı kanala düşüb.

Bildirilir ki, Sakit Verdiyev gələn ay oğluna toy edəcəkmiş və bu məqsədlə evini təmir etdirirmiş. Dünən onun oğlu tikinti materialları almaq üçün şəhərə gedib. Daha sonra isə S.Verdiyev Gəncəyə yola düşüb və məlum hadisə baş verib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Nizam