TƏLƏBƏLƏRİN BİNASINDA dəhşətli hadisə: 5 ölü, 38 yaralı

5 May 2019 15:23 (UTC+04:00)

Çində yaşayış binasında dəhşətli yanğın hadisəsi baş verib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Quandun əyalətində yerləşən altımərtəbəli yaşayış binasında qeydə alınıb.

Yanğın nəticəsində 5 nəfər həlak olub, 38 nəfər xəsarət alıb. 73 nəfər binadan təxliyə edilib.

Bina sakinlərinin əksəriyyətinin tələbə olduğu bildirilir.