Paytaxtın mərkəzində bu yollar rənglənir

6 May 2019 14:16 (UTC+04:00)

Bakı şəhəri, Yusif Səfərov və Üzeyir Hacıbəyov küçələrinin hər iki istiqamətində bu gün saat 22:00-dan 6:00-a kimi üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.

Bu barədə Publika.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Sürücülərdən qeyd olunan vaxt ərzində sözügedən küçələr boyu hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.