Türkiyə xaos və böhranla BATACAQ - ABŞ seçkilərdən sonra HƏRƏKƏTƏ KEÇDİ

7 May 2019 10:07 (UTC+04:00)

“Türkiyədə sosial xaos və yeni iqtisadi böhran ehtimalı artdı”.

Publika.az xəbər verir ki, bunu ABŞ-ın “Nyu-York Tayms” nəşri yazıb.

Nəşr Türkiyə Ali Seçki Komissiyasının İstanbulda keçirilən bələdiyyə seçkilərinin nəticələrini ləğv etməsinə dair məqalə yayımlayıb. Bildirilib ki, ölkənin ən böyük şəhəri və ticarət mərkəzi olan İstanbul üçün tayı-bərabəri görülməmiş bir mübarizə başlanacaq.

Yazıda həmçinin, seçicilərin iradəsinin nəzərə alınmadığı qeyd olunub.

Qeyd edək ki, 31 martda keçirilən bələdiyyə seçkilərində İstanbul üzrə Ekrem İmamoğlu Binəli Yıldırıma qalib gəlmişdi.

Zümrüd