İranda iftar məclisləri QADAĞAN OLUNDU

7 May 2019 11:17 (UTC+04:00)

İranda iftar məclislərinin təşkil olunması qadağan edilib.

Publika.az xəbər verir ki, qadağa Mədən, Sənaye və Ticarət Nazirliyinin tabeliyində olan qurumlar, müəssisələr və şirkətlərə aiddir.

Bu barədə Mədən, sənaye və ticarət naziri Rza Rəhmani danışıb. Nazir bildirib ki, qurumun maliyyə ehtiyatları məhduddur. Buna görə də büdcədən qənaətlə istifadə etmək və zəruri xərcləri qarşılamaq lazımdır.

Qeyd edək ki, İranda Ramazan ayı bu gün başlayır.