İnterpol bu azərbaycanlını axtarışa verdi - FOTO

8 May 2019 21:58 (UTC+04:00)

İnterpol azərbaycan vətəndaşı barədə axtarış elan edib.

Trend-in məlumatına görə, 1961-ci ildə Gəncə şəhərində anadan olan Rasim Məhəmmədi quldurluqda ittiham olunur.

R.Məhəmmədi barəsində Azərbaycanın məhkəmə orqanı həbs qətimkan tədbiri seçib. İstintaqdan yayınan R.Məhəmmədi İnterpol tərəfindən beynəlxalq axtarışa verilib.