Şəmkirdə yeniyetmə velosipedlə uçuruma düşdü

10 May 2019 20:41 (UTC+04:00)

Şəmkir rayonunda 16 yaşlı yeniyetmə velosipedlə uçuruma düşüb.

Publika.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Yeni Həyat kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 2003-cü il təvəllüdlü Nizami Malik oğlu Qasımov velosipedlə hərəkətdə olan zaman uçuruma yıxılıb. Ağır xəsarətlər alan yeniyetmə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.