Gürcüstan Patriarxlığı: Gürcüstan və Azərbaycanın dostluq münasibətləri çox önəmlidir

11 May 2019 07:15 (UTC+04:00)

"Gürcüstan və Azərbaycanın dövlət və xalqları arasında dostluq münasibətləri çox önəmlidir".

Publika.az "Report"a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Patriarxlığının protopresviteri (baş keşiş-red) Giorgi Zviadadze Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbirdə bildirib.

Onun sözlərinə görə, Gürcüstan Pravoslav Kilsəsi bu münasibətləri qoruyub saxlamağın və daha da inkişaf etdirilməsinin tərəfdarıdır: “Gürcüstan Pravoslav Kilsəsi və Gürcüstan Patriarxlığı iki qardaş xalq arasında münasibətləri qoruyub saxlayacaq. Bu münasibətlərin daha da gücləndirilməsini, dostluq və qardaşlığın daimi olmasını arzu edirik”.