Rəşad Sadıqov "Qarabağ"dan gedir?

11 May 2019 21:57 (UTC+04:00)

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov daha bir mövsüm Ağdam komandasının formasını geyinəcək.

Bu barədə 37 yaşlı müdafiəçinin özü bildirib.

O, klub rəhbərliyi və baş məşqçi Qurban Qurbanovla məsləhətləşdikdən sonra belə qərar qəbul etdiyini söyləyib./report