Təbrizlilər Xuzistana axışır: sabah saat 9-da...

15 May 2019 12:09 (UTC+04:00)

Təbrizin şanlı “Traxtur” futbol komandası İran Superliqası çərçivəsində daha bir sınağına hazırlaşır.

Publika.az xəbər verir ki, təbrizlilər turnirin 30-cu həftəsində Xuzistanın “Fulad” komandasının qonağı olacaq.

Görüş mayın 16-ı, Təbriz vaxtı ilə saat 21:30-da (Bakı vaxtı ilə saat 21:00-da) Əhvaz şəhərinin “Təxti” stadionunda başlayacaq.

Qeyd edək ki, bu həftə İran liqasına yekun vurulacaq. “Traxtur” 51 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.