İlham Əliyev Norveç Kralını təbrik etdi

16 May 2019 16:41 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Norveçin Kralı V Haralda təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Əlahəzrət, Norveç Krallığının milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik etməkdən məmnunluq duyuram.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Norveç xalqına daim sülh və firavanlıq arzulayıram".