ABŞ təyyarəsi qəzaya uğradı: ölənlər var

16 May 2019 23:31 (UTC+04:00)

Amerikanın "Honivil" şirkətinə məxsus "Diamond DA40" tipli birmühərrikli təyyarə Dubay beynəlxalq hava limanında qəzaya uğrayıb.

Axar.az xəbər verir ki, bu barədə "Əş-Şark əl-Ausat" qəzeti məlumat yayıb.

Hadisə nəticəsində göyərtədə olan 4 nəfərdən ikisi – pilot və köməkçisi həlak olub.

Qəzaya ilkin səbəb kimi texnikis nasazlıq göstərilib.