ABŞ-dan çeçen xüsusi təyinatlıları ilə bağlı qərar

17 May 2019 03:39 (UTC+04:00)

ABŞ Maliyyə Nazirliyi Çeçenistanın "Terek" operativ reaksiya xüsusi qrupu, onun komandiri Əbuzeyd Vismuradovu, eləcə də digər 4 rusiyalını sanksiya siyahısına daxil edib.

Axar.az Rusiya mediasına istinadən xəbər verir ki, Vismuradovla yanaşı Gennadi Karlov, Sergey Kossiyev, Ruslan Geremeyev və Yelena Trikulyaya da sanksiya tətbiq edilib.