Əmlakı cinayətkarlardan necə qorumalı?

17 May 2019 11:03 (UTC+04:00)

Bakı Şəhər Baş Polis İdarəsi paytaxt sakinlərinin əmlaklarını cinayətkarlardan qorumaları ilə bağlı maarifləndirici videoçarx hazırlayıb.

BŞBPİ-dən Publika.az-a verilən məlumatda bildirilir ki, paytaxtda nəqliyyat vasitələrindən qeydə alınan talamalar – oğurluqlar açıq qapıdan, açıq pəncərədən daxil olmaqla da törədilməsi müşahidə olunur.

“Avtomobilləri parklayarkən, qısa müddətdə tərk edərkən, salonda nəzarətsiz qalan qiymətli əşyalar kriminala meyilli şəxslərin diqqətindən yayınmır. Hər bir insan diqqətli və məsuliyyətli olmalıdır, əmlak – nəqliyyat vasitələrini cinayətkar qəsdlərdən mühafizəsinə həssas yanaşmalıdır.

Viktimoloji vəziyyəti nəzərə alaraq, polis sosial-maarifləndirici qisametrajlı film vasitəsilə cəmiyyətə müraciət edir, “Məsuliyyət hər kəsin təhlükəsizliyidir – İlk növbədə Sənin: Əmlakınıza etinasız yanaşmayın!” şüarı ilə cəmiyyəti diqqətli və məsuliyyətli olmağa səsləyir”.

Çəkliş Bakı şəhər Baş Polis İdarəsinin sifarişi əsasında “Azəriprodkşn” studiyası tərəfindən aparılıb. Qisametrajlı filmin ssenari müəllifi polis mayoru Elşad Hacıyev, qurluşçu rejisoru Rövşən Nicat, operatoru Emin Hüseynovdur.