Məmmədyarov vitse-prezidentlə görüşdü

17 May 2019 20:18 (UTC+04:00)

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Fransaya işgüzar səfəri zamanı Fransa Milli Assambleyasının vitse-prezidenti Karol Büro Bonnar ilə görüşüb.

Publika.az "Report"a istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında parlamentlərarası əlaqələrin daha da genişləndirməsi məsələsi müzakirə olunub.