Zelenski ilə yalnız bu zaman görüşə bilərəm - Oliqarx

19 May 2019 03:55 (UTC+04:00)

Ukraynaya beş il müddətinə qayıtmışam.

Axar.az xəbər verir ki, bunu “Sxemı” proqramına müsahibəsində ukraynalı oliqarx İqor Kolomoyski deyib. O, Ukraynaya qayıdışının Prezident Vladimir Zelenski ilə bağlı olmadığını deyib.

Kolomoyski yeni prezidentlə yalnız dəvət ediləcəyi halda görüşə biləcəyini söyləyib.

O, Ukraynada ailə vəziyyəti ilə əlaqədar qalacağını deyib. Kolomoyski oğlunun Ukraynanın basketbol klublarının biriylə müqavilə imzalamağı planlaşdırdığını vurğulayıb.