Azərbaycanda dəhşətli hadisə - Özünü güllələyərək öldürdü

19 May 2019 13:24 (UTC+04:00)

Saatlı rayonunda intihar hadisəsi baş verib.

Rayonun 1939-cu il təvəllüdlü Mustafabəyli kənd sakini Diyadov Azər Yusif oğluözünü tüfənglə vurub.

Hazırda hüquq-mühafizə orqanları və təcili tibbi yardım stansiyasının əməkdaşları hadisə yerinə cəlb olunub.

Mərhumun astma xəstəsi olduğu və ağrılara dözməyərək özünü güllələdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.(Report)