Bu yollar rənglənir – Sürücülərin nəzərinə

21 May 2019 13:46 (UTC+04:00)

Bakı şəhəri, Mərdəkan avtomobil yol qovşağından Buzovna dairəsinə kimi üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Publika.az-a verilən məlumata görə, üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri Bakı-Sumqayıt şosesi, Xırdalan dairəsindən Vaz dairəsinə qədər hissədə də aparılacaq. İşlər axşam saat 22:00-dan səhər saatlarınadək davam edəcək.

Bu üzdən sürücülərdən göstərilən saatlarda sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.