Bakıda bu mikrorayonlar susuz qalacaq

24 May 2019 09:53 (UTC+04:00)

Bakıda bir neçə mikrorayona suyun verilişində məhdudiyyətlər olacaq.

"Azərsu" ASC-dən Publika.az-a verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayonu Asif Məhərrəmov küçəsində yeni çəkilmiş su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədar bu gün 1-5-ci mikrorayonların bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.