Birinci xanımdan siyasətçilər və prezident haqqında 5 MARAQLI FİKİR

27 May 2019 17:07 (UTC+04:00)

O, bir ay əvvələ qədər çörəyini zarafatlardan çıxarır və ərinin komediya şousu üçün ssenariıər yazırdı. İndi Yelena Zelenskidən ciddi olmaq tələb olunur. Bu gün Vladimir Zelenski Yelenanın "Xalqın xidmətçisi" filmində məzəli vəziyyətlərə saldığı qondarma xarakteri deyil, real prezidentdir.

Görəsən, Ukraynanın yeni birinci xanımı hansı prinsiplərə riayət edir, özü və ailəsi üçün necə həyat tərzi təmsil edir?

Publika.az bu yazıda oxuyucuları Ukraynanın yeni dövlət başçısının həyat yoldaşının dilindən çıxan 5 düşündürücü fikri ilə tanış edib.

"Hakimiyyət anlamağa imkan verdi: oyun bitmişdir"

Hələ tələbəlik illərindən komediya layihəsinin ssenaristi işləməyə başlayan Yelena qeyd edib ki, siyasət xadimlərini məsxərəyə qoyduqları üçün heç vaxt təzyiqə məruz qalmayıb, ta ki, 5 il əvvələ qədər:

"Biz satiriklər dayanmadan bütün ictimai xadimlər haqqında zarafatlar edirdik. Siyasətçilərin əksəriyyəti bizim yumorumuzu ləyaqətlə qəbul edirdi, bu, elə belə də olmalıdır. Birləşmiş Ştatlarda olduğu kimi, orada prezidenti necə istəsən çağıra bilərsən. Amma son beş ilki hakimiyyət bizə açıq şəkildə anlamağa imkan verdi ki, oyun bitmişdir. Prezident Poroşenkonun elitası zarafatlara görə bizi cəzalandırmağa çalışırdı".

"Uşaqlar, Sovet nomenklaturasına alışmışsınız"

Prezident seçkilərində Zelenskinin qələbəsindən sonra Yelena bildirdi ki, sadəcə Vladimirın opponentləri deyil, həm də onun tərəfdarları cütlüyün xarici görünüşünün və jestikulyasiyanının karikaturasını çəkir.

"Onlar hər şeyi müzakirə edirlər: "Onun bu jestinə diqqət edin!”, “O, o tərəfə çevrilmədi”, “Görün o, necə gülür?” və s. Mən isə bu zaman "Uşaqlar, Sovet nomenklaturasına alışmışsınız, insan insan olaraq qalmalıdır” demək istəyirəm”.

Radaya piyada gəzinti

Birinci ledi hesab edir ki, əri onların evindən çox uzaqda yerləşməyən Ali Radaya piyada gedə bilər və burada heç bir qəbahət görmür.

“Bu, sağlamlıq üçün faydalıdır. Niyə də yox? Niderlandın baş naziri işə velosipeddə gedir”.

Ötən əsrin əvvəllərində tanınmış memar Vladislav Qorodetski tərəfindən Bankova küçəsində tikilmiş kimeralar evi son 14 ildə Ukraynanın prezidentinin iqamətgahı kimi istifadə edilib. Zelenskaya "Daily Beast"a verdiyi müsahibəsində deyib:

"Biz oraya köçmək istəmirik. Bu bina qaranlıq mənfi keçmiş olan bir yerdir. Ora neqativlə yüklənib. Bu binanı muzey etmək və ya universitetlərdən birinə verməkdən məmnun olardıq”.

"Bəzi insanlar üçün çərçivədə yaşamaq daha asandır".

Zelenskayanın sözlərinə görə, indi o, "demokratiya ehtirası" olmağa məcburdur:

"Azad olmaq hər kəsə görə deyil. Bəzi insanlar üçün müəyyən məhdudiyyətlər altında, azad olmadan mövcud olmaq daha asandır. Lakin qərar qəbul etməkdə azad olduğunu hiss edən siyasətçilər həqiqəti açıq şəkildə yazmaq istəyən jurnalistlərə azadlıq vermirlərsə, bu, ədalətli deyil ".

Aytən Məftun