Erməni katolikosdan Qarabağla bağlı işğal çağırışı

27 May 2019 16:53 (UTC+04:00)

Böyük Kilikiya Evinin katolikosu I Aram Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsini Ermənistana birləşdirməyə və “vahid erməni dövləti” yaratmağa çağırış edib.

Axar.az xəbər verir ki, I Aram bu çıxışını Antilyas kilsəsindəki bazar günü vəzi zamanı deyib. O, Qarabağ məsələsində istənilən güzəştin Ermənistanın müstəqilliyi üçün qəbuledilməz olduğunu bildirib:

“Qarabağ işğal edilmiş ərazi yox, bizim qəhrəmanlarımızın qanları ilə qaytarılmış doğma torpaqdır. Birləşmiş Ermənistan görüntüsünün reallaşdırılması Qarabağın Ermənistana birləşdirilməsindən başlayır”.

Qeyd edək ki, bu çağırış beynəlxalq hüquqa tüpürərək, birbaşa Qarabağın işğal edildiyini, bu ərazidə hər hansı “öz müqəddəratını təyinetmə” prinsipi olmadığını aydın göstərir.