Rusiya qadağan edilmiş nüvə sınaqları keçirir? - ABŞ-ın ittihamlarına CAVAB

30 May 2019 08:00 (UTC+04:00)

Vyanada beynəlxalq təşkilatlar yanında Rusiyanın daimi nümayəndəliyi qadağan edilmiş nüvə sınaqlarının keçirilməsi ilə bağlı ABŞ-ın ittihamlarını şərh edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, daimi nümayəndə Mixail Ulyanov ABŞ-n ittihamlarını “ədəbsizlik” adlandırıb.

“Əgər yüzfaizli əminlik və təkzibedilməz sübut yoxdursa, belə ittihamları irəli sürmək sadəcə ədəbsizlikdir”, - diplomat deyib.

Daha əvvəl Pentaqonun kəşfiyyat idarəsinin başçısı Robert Eşli beynəlxalq müqavilələrlə qadağan edilmiş nüvə sınaqlarının keçirilməsində Rusiyadan şübhələndiklərini deyib.