Emin Ağalarov məşhur dostları ilə Olimpiya STADİONUNDA - FOTO

30 May 2019 14:14 (UTC+04:00)

Rusiyada yaşayan azərbaycanlı müğənni Emin Ağalarov “Çelsi”-“Arsenal” oyununu izləmək üçün Bakıya gəlib.

Publika.az xəbər verir ki, bu barədə sənətçi özünün İnstaqram səhifəsində məlumat verib. O, oyunu izləməyə yaxın dostları - Rusiya Milli Anti-Narkotik Birliyinin (NAS) rəhbəri Nikita Luşnikov, MMA çempionu Fedor Emelyanenko və kino-teatr aktyoru Pavel Derevyanko birlikdə gedib.

O, qarşılaşmanın baş tutduğu “Olimpiya” stadionundan “Dünən Bakıda” qeydi ilə fotosunu paylaşıb.

Qeyd edək ki, mayın 29-da UEFA Avropa Liqasının final oyunu Bakının “Olimpiya” stadionunda keçirilib. 4:1 hesabı ilə yekunlaşan oyunda İngiltərənin “Çelsi” klubu çempion adını qazanıb.

Məlumat üçün bildirək ki, Emin Ağalarov Rusiya Milli Anti-Narkotik Birliyinin (NAS) rəhbəri Nikita Luşnikovla birlikdə Azərbaycanda sözügedən mərkəzin filialını açmaq istəyir. Bu barədə sənətçi dünən keçirilən mətbuat konfransında deyib.