İş yerini dəyişmək istəyən müəllimlərin DİQQƏTİNƏ

31 May 2019 12:54 (UTC+04:00)

İyun ayının 3-də müəllimlərin iş yerinin dəyişdirilməsi üçün elektron sənəd qəbulu elan ediləcək.

Publika.az xəbər verir ki, bu barədə məlumatı Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə verib. O bildirib ki, elektron sənəd qəbulu iyunun 10-na qədər davam edəcək və müsabiqə 24 iyunda başa çatacaq:

“Müəllimlərin yerdəyişmə müsabiqəsi üçün çıxarılan vakant yerlərin sayı 5000-dən çoxdur.

Vakant yerlərdə ibtidai sinif, kimya, biologiya, ingilis dili, musiqi, texnologiya müəllimliyi üstünlük təşkil edir. Müsabiqəyə çıxarılan vakant yerlər respublikanın əksər rayonlarını əhatə edəcək”.