Türkiyə S-400-ləri bu ərazilərdə yerləşdirəcək

31 May 2019 14:10 (UTC+04:00)

Türkiyə əldə edəcəyi S-400-ləri Kipr ilə Aralıq dənizinin şərqində təbii qaz axtarışı və çıxarılması fəaliyyətlərilə bağlı problemlər yaşadığı üçün cənub sahillərinə yerləşdirəcək.

Publika.az xəbər verir ki, bu barədə “Blumberq”in 4 mənbədən əldə etdiyi məlumatda deyilir.

Qaynaqların digər məlumatına görə, S-400-lər ruslar tərəfindən inşa edilən Türkiyənin ilk nüvə stansiyası “Akkuyu”da da yerləşdirilə bilər.

Qeyd edək ki, Yaxın Şərqdə pik həddə çatan gərginliyi daha da artırmamaq üçün Rusiya İrana S-400 hava hücumundan müdafiə sistemi satmaqdan imtina edib.

Zümrüd