Leyla Əliyeva: "Onlar yalan danışa, ikiüzlü ola bilmirlər"

1 İyun 2019 22:45 (UTC+04:00)

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib.

Kult.az xəbər verir ki, L. Əliyeva təbrik mesajını İnstaqram hesabında qeyd edib:

“Bütün uşaqları bayram münasibətilə təbrik edir, onlara xoşbəxtlik, cansağlığı, sevincdolu günlər, bol-bol sevgi arzu edirəm! Uşaqlar yalan danışa, ikiüzlü ola bilmirlər. Onlar həqiqəti ilk baxışdan görür, bilirlər. Statusundan və vəzifəsindən asılı olmayaraq, beş dəqiqəyə hər kəslə dostlaşmağı bacarırlar. Uşaqlar safdılar, nurdular! Böyüklərə arzum budur ki, nə vaxtsa uşaq olduqlarını unutmasınlar, uşaqlara qarşı anlaşıqlı olsunlar, onları sevsinlər, uşaqlıq səmimiyyətini, həyat eşqini itirməsinlər! Allah hamıya cansağılığı versin! Unutmayın ki, uşaqlar üçün ən vacibi valideynlərini xoşbəxt görməkdir!”