İsrail Suriyada hərbi aerodroma hücum etdi - VİDEO (YENİLƏNDİ)

3 İyun 2019 08:46 (UTC+04:00)

Video əlavə olunub.

***

01:25

Suriyanın Xoms əyalətində T4 hərbi aerodromu raket hücumuna məruz qalıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Suriya dövlət televiziyası bildirib.

Telekanalın məlumatına görə, Suriyanın hava hücumundan müdafiə sistemi rəqibin bir neçə raketinin məhv edib.

“RİA-Novosti”nin yerli mənbəyi həmçinin aerodromun qərb hissəsində güclü partlayışlar və ardınca yanğının baş verdiyini bildirib. Onun sözlərinə görə, raket zərbələrini İsrail endirib. Nəticədə bir nəfər həlak olub, daha iki nəfər yaralanıb. Döyüş sursatı anbarı, binalar və hərbi texnikaya zərər vurulub.

Qeyd edək ki, 2018-ci ildə bu aerodrom dəfələrlə İsrail ordusunun hücumlarına məruz qalıb.