Qohumunun evindən pul və qızıl oğurlayan qadın tutuldu

6 İyun 2019 03:15 (UTC+04:00)

Zərdabda qohumunun evindən pul və qızıl oğurlayan qadın tutulub.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 810 manat pul, 5500 manat dəyərində qızıl, geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən ev sahibinin yaxın qohumu olan L.Seyidova saxlanılıb.