Məktəbdə SİLAHLI HÜCUM: ölü və yaralılar var

6 İyun 2019 11:04 (UTC+04:00)

Yeni Zelandiyada fəaliyyət göstərən bir məktəbdə silahlı insident baş verib.

Publika.az xəbər verir ki, odlu silahla törədilən hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Hadisənin təfərrüatı hələ ki, məlum deyil. Məktəbin şagird və müəllim heyəti təxliyə olunub.

Polis tərəfindən aparılan araşdırmalar davam edir.