“YARAT” Yoqa və Sağlamlıq Festivalına hazırlaşır

6 İyun 2019 22:28 (UTC+04:00)

İyunun 16-da Dənizkənarı Bulvarda Beynəlxalq Yoqa Günü çərçivəsində Yoqa və Sağlamlıq Festivalı keçiləcək.

Publika.az xəbər verir ki, beşinci dəfə təşkil dilən festival YARAT” Müasir İncəsənət Məkanı ilə Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə reallaşacaq.

Builki festival, “Yoga Shahi” studiyasının təsisçisi Səbinə Şahinin kuratorluğu ilə həyata keçiriləcək. Hindistanın Azərbaycandakı Səfirliyinin tərəfdaşlığı ilə təşkil ediləcək festivalın mövzusu “Sağlamlığın və təbiətin qorunması, birlik və bərabərlik”dir.

Festivalın proqramında 108 dəfə Günəşi salamlama, hindistanlı yoqindən rəsmi təqdimat, praktikanın müxtəlif növləri, fərqli ən-ənənələr və metodlar, ən aktual fiziki və mənəvi mövzulara dair leksiyalar, şərq döyüş növlərinin təqdimatı, fitnes və rəqslər, incəsənət, veqan yeməkləri və yoqa malları, habelə etnik konsert və daha da çox xeyirli və maraqlı tədbirlər yer alacaq.