Ermənistanın ədliyyə naziri istefa verdi

7 İyun 2019 15:43 (UTC+04:00)

Ermənistanın ədliyyə naziri Artak Zeynalyan istefa qərarını açıqlayıb.

Trend-in məlumatına görə, o, bu barədə özünün "Facebook" səhifəsində yazıb.

A.Zeynalyan bu postu tutmağın məsuliyyətli bir iş olduğunu qeyd edib.

Daha sonra istefasının səbəbini açıqlamadan həmkarlarına təşəkkürünü bildirib.