Tereza Mey partiya sədrliyindən istefa verdi

7 İyun 2019 20:23 (UTC+04:00)

Böyük Britaniyanın Baş naziri Tereza Mey rəsmən Mühafizəkarlar Partiyasının lideri postunu tərk edib.

Publika.az xəbər verir ki, bu haqda BBC News bildirib.

Tereza Mey bu barədə "Tory" sıravi parlamentarilərini birləşdirən, partiya lideri seçimi və ya onun dəyişdirilməsi məsələlərini müəyyən edən “Komitə 1922”yə xəbərdarlıq edib.

“Komitə 1922" bununla əlaqədar olaraq partiyanın yeni liderliyinə namizədlərin irəli sürülməsinin başlandığını elan edib.

Mey mühafizəkarlar yeni lideri seçilənə kimi hökumətə başçılıq edəcək.