ABŞ-dan İrana qarşı ŞOK ADDIM: Tehrandan müharibə açıqlaması

8 İyun 2019 16:12 (UTC+04:00)

Tehran ABŞ-ın İranın neft-kimya sənayesinə sanksiyalar tətbiq etməsinə sərt reaksiya verib.

Publika.az
xəbər verir ki, İranın xarici işlər nazirinin müavini Abbas Musəvi bunun beynəlxalq hüquqa zidd olduğunu deyib.

“ABŞ bu istiqamətdə heç bir hədəfinə çata bilməyəcək. Bu, beynəlxalq hüquq prinsiplərinə ziddir. Bütün ölkələr beynəlxalq hüququ tapdayan bu addıma qarşı çıxmağa borcludur”, - deyə o bildirib.

İran Körfəz Neft-Kimya Sənayesi Şirkətini rəhbəri Cafer Rabbi də məsələyə münasibət bildirib: “Bu gün iqtisadi müharibə ilə üz-üzəyik. Sanksiyalar bu müharibədə vasitələrdən biridir. Bu dövrdə tədbirlər görməli və qarşı tərəfin əlini gücləndirəcək addımlar atmamalıyıq”.

Qeyd edək ki, ABŞ-ın Xəzinə Nazirliyinin Xarici Sərvətlərə Nəzarət İdarəsi (OFAC) İranın ən böyük neft-kimya firması olan “İran Körfəzi neft-Kimya Sənayesi” (Persian Gulf Petrochemical Industries Company/PGPIC) şirkətinə və 39 törəmə şirkətinə qarşı sanksiyalar tətbiq edildiyini açıqlayıb. Buna səbəb kimi şirkətin SEPAH-a aid “Khatam al-Anbiya” adlı inşaat şirkətinə maddi dəstək verməsi göstərilir. ABŞ SEPAH-ı xarici terror təşkilatları siyahısına salıb.

Asif