Rusiya vətəndaşı Bakıda əməliyyat zamanı öldü

10 İyun 2019 10:52 (UTC+04:00)

Bakıda xarici vətəndaş cərrahiyyə əməliyyatı zamanı ölüb.

Hadisə paytaxtın Nərimanov rayonunda yerləşən “Ege” hospitalında qeydə alınıb.

Bu özəl klinikada müalicə alan Rusiya vətəndaşı 1958-ci il təvəllüdlü Lyüdmila Timofeyevna Yardşinko əməliyyat masasında dünyasını dəyişib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır. (report)