Nadir Qafarzadədən ŞOK SÖZLƏR: Normal qadın görəndə... - VİDEO

12 İyun 2019 16:52 (UTC+04:00)

Bu yaxınlarda qızların qısa şortik geyinməsini tənqid edən Nadir Qafarzadə bu dəfə yüngül həyat tərzi sürənlərin ünvanına irad bildirib.

Publika.az xəbər verir ki, ARB TV-nin “Səhər-Səhər” proqramının növbəti qonağı müğənni Nadir Qafarzadə olub. İfaçı verilişdə maraqlı açıqlamalar verib:

“İndiki zamanda nümunəvi olmaq dəbdə deyil. Həyat o qədər tərsinə dönüb ki, pisin, əxlaqsızın hörməti var. İnsanlar normal qadın, kişi görəndə fikirləşirlər ki, yəqin bunun nəsə qüsuru var”.