Şeydayev azarkeşlərdən üzr istədi - FOTO

12 İyun 2019 22:58 (UTC+04:00)

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Slovakiyaya böyük hesablı məğlubiyyətə görə azarkeşlərdən üzr istəyib.

Publika.az xəbər verir ki, futbolçu bu haqda feysbuk səhifəsində bildirib.

"Dünənki zəif oyunumuza görə üzr istəyirəm. Siz daha yaxşısına layiqsiniz. Müsahibədə ağlamamışam, tərimi silirdim", - o yazıb.

Qeyd edək ki, AVRO-2020-nin seçmə mərhələsində ötən gün keçirilən matçda Azərbaycan millisi slovaklara 5:1 hesabı ilə məğlub olub. Komandamızın yeganə qolunu Şeydayev vurub.