Təcili yardımın qadın həkimlərini döyən şəxs saxlanıldı

13 İyun 2019 12:03 (UTC+04:00)

Bərdədə təcili yardımın qadın həkimlərini döyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, iyunun 12-də Bərdə rayon Təcili Tibbi Yardım stansiyasının 2 qadın feldşerinin Təcili Tibbi Yardım avtomobilində 1-ci Qaradəmirçi kəndində yaşayan Laçın rayon sakininin ünvanına çatarkən naməlum şəxsin gecikdiklərini və xəstənin ölməsini deyərək metal parçası ilə avtomobilin şüşələrini sındırması barədə Bərdə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Bərdədə ŞOK: təcili yardımın qadın həkimləri döyüldü və... - FOTO

Müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib və hadisəni törətməkdə şübhəli bilinən kənd sakini S.Fətəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır.