Milli Məclisin növbədənkənar sessiyası başladı

13 İyun 2019 12:12 (UTC+04:00)

Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının ilk plenar iclası keçirilir.

Publika.az xəbər verir ki, parlamentin növbədənkənar sessiyası başladı Milli Məclisin növbədənkənar sessiyası Azərbaycan dövlət himnnin oxunması ilə açıq elan edilib.

İclasın gündəliyinə 36 məsələ daxil edilib.

Bunlar “Məhkəmələr və hakimlər haqqında”, “Dövlət rüsumu haqqında”, “Banklar haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Bələdiyyələrin statusu haqqında” və s. qanunlara, o cümlədən Mülki, Mülki Prosessual, İnzibati, İnzibati Prosessual, Cinayət Prosessual məcəllələrinə dəyişiklik layihələridir.

İclasda "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə də (ikinci oxunuş) baxılacaq.

İclas iyunun 14-də də davam etdiriləcək.

Növbədənkənar sessiyanın iyunun 28-də, iyulun 9-da və 12-də plenar iclaslarının keçirilməsi planlaşdırılır.