Günaydan şou-biznesdəkilər haqqında KƏSKİN SÖZLƏR: “Çirkin oyunlarından xəbərim var”

13 İyun 2019 12:48 (UTC+04:00)

"Sevinirəm ki, bu yaşımda bu sənətdə baş verənləri çox yaxşı görürəm. İllərin sənətkarından tutmuş yeni çıxan ifaçıların oyunlarınadək... Bu dünyada insanlıq, mərhəmət həmişə yaşayacaq. O qədər çirkli oyunlar aparılır ki, sənət kənarda qalıb. Niyə axı?".

Publika.az xəbər verir ki, bu sözləri müğənni Günay İbrahimli sosial şəbəkədə yazıb. Qalmaqal sevəməyən sənətçi ucuz şoularla gündəmə gəlməyi pisləyib:

"Bu qədər ucuz olmaq asandı? Onlar illər ərzində yığdıqları bu hörməti bir kəlimə ilə yerlə-yeksan edirlər. Şou-biznesdə insanlar ucuzlaşmağa başlayır. İndi o qədər rahatam ki, yalançı, ikiüzlü insanlardan uzağam. İndi nə onların çirkin oyunlarından, nə torba tikməklərindən, nə də etdiyi çirkin əməllərdən xəbərim olur".