Təhsil müəssisələrinin akkreditasiyası üçün RÜSUM müəyyən edildi

13 İyun 2019 13:03 (UTC+04:00)

Milli Məclis "Dövlət rüsumu haqqında” və “Təhsil haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini müzakirəyə çıxarıb.

Publika.az xəbər verir ki, qanun layihələrinə edilən dəyişikliklə özəl təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi üçün rüsum müəyyən edilib.

Təklif olunan layihəyə əsasən, məktəbəqədər təhsil müəssisələrinin akkeditasiyası üçün dövlət rüsumunun məbləği 2000, məktəbdənkənar təhsil müəssisələri üçün 5000, orta ixtisas müəssisələri, əlavə təhsil müəssisələri və təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr üçün 12 000 manat məbləğində müəyyən edilib.

Dəyişikliklər ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.