İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fonduna yeni bina verildi

13 İyun 2019 17:37 (UTC+04:00)

"Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondu gələcəkdə eyni binada fəaliyyət göstərəcək".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, instituta ayrılan binada hazırda təmir işləri aparılır: "Həmin bina Bakı şəhəri Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsində yerləşir. Bina 5 mərtəbədən ibarətdir. Binada təmir işləri yekunlaşdıqdan sonra tədris orada aparılacaq”.

M.Qurbanlı həmin binada həmçinin Mənəvi Dəyərlərin Təbliği Fondu da yerləşəcək: “Hazırda Fondun yerləşdiyi məkan kirayədir. Yeni bina istifadəyə veriləndən sonra hər ikisi eyni binada yerləşəcək. Amma onların girişi ayrı-ayrı yerlərdən olacaq”.