Elçibəyin kürəkəni DANIŞDI: Şokdayıq!

14 İyun 2019 13:33 (UTC+04:00)

Məlumatı Elçibəyin kürəkəni, sabiq millət vəkili Aqil Səmədbəyli Axar.az-a təsdiqləyib.

O bildirib ki, Həlimə Əliyevanın səhhəti dünən qəfildən pisləşib və dərhal İstanbulun Silivri rayonunda yerləşən xəstəxanaya aparılıb:

"Bu gün isə reanimasiya şöbəsində dünyasını dəyişdi".

A.Səmədbəyli mərhumun cənazəsinin Bakıya gətiriləcəyi vaxtın hələ müəyyənləşmədiyini deyib: "Xəstə idi, ancaq belə tez dünyasını dəyişəcəyini gözləmirdik. Ona görə şokdayıq".

***

Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva Türkiyədə vəfat edib.

Publika.az
xəbər verir ki, bu barədə keçmiş baş nazir Pənah Hüseyn sosial şəbəkə hesabında məlumat yayıb.

Allah rəhmət eləsin!