Azərbaycanda DƏHŞƏT: tanınmış jurnalistin xanımı və qızı özlərini 10-cu mərtəbədən atdı (YENİLƏNDİ)

14 İyun 2019 15:45 (UTC+04:00)

Bakının Yasamal rayonunda intihar hadisəsi qeydə alınıb.

Teleqraf.com-un xəbərinə görə, rayon ərazisində ana və qızı yaşadıqları binanın 10-cu mərtəbəsindən özlərini atıb.

Nəticədə onların hər ikisi hadisə yerindəcə keçinib.

İntihar edən şəxslərin 1964-cü il təvəllüdlü Rübabə Allahverdiyeva və qızı, 1990-cı il təvəllüdlü Xədicə Allahverdiyeva olduğu müəyyən edilib.

İntihar edən şəxslər “Respublika” qəzetinin baş redaktorunun müavini İsmail Allahverdiyevin həyat yoldaşı və qızıdır.

***

14:08

Bakıda intihar olub.

Publika.az-ın APA-ya istinadən verdiyi məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Ana və qızı yaşadıqları binanın 10-cu mərtəbəsindən özlərini atıb. Nəticədə onların hər ikisi hadisə yerindəcə keçinib.