İsrail qəsəbəyə Trampın adını verdi

16 İyun 2019 21:17 (UTC+04:00)

İsrail hökuməti Qolan yüksəkliklərində yeni qəsəbəyə ABŞ prezidenti Donal Trampın adının verilməsi barədə qərar qəbul edib.

Publika.az xəbər verir ki, bu haqda “RİA-Novosti” agentliyi bildirib.

Qəsəbə “Ramat-Tramp” (yəhudi dilindən tərcümədə “Tramp yüksəkliyi” –red.) adlandırılacaq. İsrail hökuməti bununla da Qolan yüksəkliklərinin İsrail ərazisi kimi tanınmasına görə Amerika liderinə təşəkkür etmək istəyir.

Qeyd edək ki, martın 25-də Birləşmiş Ştatların prezidenti Qolan yüksəklikləri üstündə İsrailin suverenliyinin tanınması haqqında fərmanı imzalayıb.

Qolan yüksəklikləri 1967-ci il “altıgünlük müharibə”nin gedişatında tutulub və İsrail 1981-ci ildə ərazini birtərəfli qaydada zəbt edib. BMT Təhlükəsizlik Şurası qəbul etdiyi qətnamə ilə zəbt edilməni qanunsuz adlandırıb.Ərazinin statusu İsrail-Suriya münaqişəsinin əsas predmeti hesab edilir.