Bu şəxslər vergidən azad edilə bilər

18 İyun 2019 11:10 (UTC+04:00)

"Vəkillərin vergi yükü çoxdur. Bu yükün azaldılması, hətta regionlarda fəaliyyət göstərən vəkillərin tamamilə vergidən azad edilməsi mümkündür".

Bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

O bildirib ki, Azərbaycanda vəkilliyə maraq artıb və mütəmadi imtahanlar keçirilir: "Bu gün deyirlər ki, Azərbaycanda vəkillərin sayı azdır. Biz sayı artırmaq üçün əlimizdən gələni edirik. Ancaq Azərbaycanda ümumilikdə hüquqşünasların sayı azdır".

Kollegiya sədri deyib ki, məhkəmə-hüquq sahəsindəki islahatlarla korrupsiya halları və digər neqativ məsələlər aradan qalxdıqca, vəkilliyin nüfuzu daha da artacaq. (report)