Sabunçuda DƏHŞƏT – 2 qadın öldü

20 İyun 2019 10:40 (UTC+04:00)

Ötən gün Bakıda yol qəzası nəticəsində ağır xəsarət alan 2 qadın ölüb.

Publika.az xəbər verir ki, dünən axşam saatlarında Sabunçu rayonu, Bilgəh-Nardaran yolunda “Audi” markalı avtomobil 1961-ci il təvəllüdlü Rahilə Əhmədovanı vurub. Ağır xəsarətlər alan piyadanın həyatını xilas etmək mümkün olmayıb.

Bundan başqa iyunun 18-də Sabunçu rayonu Bakıxanov qəsəbəsində avtomobilin vurduğu qadın da dünən xəstəxanada ölüb. Belə ki, "Hyundai Sonata" markalı 10 FS 939 dövlət qeydiyyat nişanlı avtomobilin vurduğu 1952-ci il təvəllüdlü Rozakova Zemfira Sergeyevnanı 3 saylı şəhər xəstəxanasında keçinib.

Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.